Əmlak etibarnaməsi mülkiyyət hüququ vermir - Ədliyyə Nazirliyi

13:06 21.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir: “Bu hüquq mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır. Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və s. müqavilələr bağlanmalıdır".

Sosial rubrikasından digər xəbərlər